"Xəzərdə böyük külək enerjisi potensialımız var" - RƏSMİ

Hazırda oxunan: "Xəzərdə böyük külək enerjisi potensialımız var" - RƏSMİ

95245

"Biz Xəzərin Azərbaycan sektorunda böyük külək enerjisi potensialı aşkar etmişik". 

Bizim.Media xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Rumıniyada Beynəlxalq Qaz Konfransında deyib.

"Burada külək enerjisi potensialı 157 qiqavattdır. Bunun da 35 qiqavatı dayaz sulardadır. Bu, çox sərfəli layihədir və biz artıq danışıqlara, eləcə də müxtəlif enerji şirkətləri ilə bəzi layihələrə başlamışıq.

Bu gün biz Rumıniya, Gürcüstan, Macarıstanla Avropa bazarına daşınma yollarını müzakirə edirik. Bu, bizim Avropanın enerji təhlükəsizliyinə uzunmüddətli töhfəmiz olacaq", - nazir bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin