İlin sonuna kimi ölkəmizdə inflyasiya həddi 15%-ə qədər qalxa bilər - EKSPERT

Hazırda oxunan: İlin sonuna kimi ölkəmizdə inflyasiya həddi 15%-ə qədər qalxa bilər - EKSPERT

95029

Asiya inkişaf Bankı (ADB) bu il Azərbaycanda inflyasiya proqnozunu artırıb, 11,5%-ə qədər yüksələcəyini  proqnzolaşdırır.

Belə ki, ADB inflyasiya proqnozunu aprel göstəricisi ilə müqayisədə 4,5 % bənd artıraraq 11,5%-ə çatdırıb.

Məsələni Bizim.Media-ya şərh edən iqtisadçı ekspert Rəşad Həsənovun fikrincə, cari ilin sonunda Azərbaycanda inflyasiya 15 faizə yaxın olacaq:

“Hazırkı məqamda ölkədə orta illik inflyasiya səviyyəsi 13 faiz üzərindədir. İlin sonuncu rübündə isə qiymət artımı ehtimalı daha da yüksəlir. Bu da gündəlik tələbat və kənd təsərrüfatı məhsullarının mövsüm dövrünün başa çatması ilə bahalaşma istiqamətində təzyiqlərin formalaşması ilə bağlıdır.
Faktlar deməyə əsas verir ki, növbəti 3-4 ayda qiymətlər daha da bahalaşacaq. Bu da cari ilin sonuna orta inflyasiya səviyyəsinin yüksəlməsinə gətirib çıxaracaq.

İlin sonunda inflyasiyanın təxminən 15 faiz civarında olacağı dinamikası müşahidə olunacaq.

Bu mənada Asiya İnkişaf Bankının yanaşması tendensiya baxımından düzgündür. Amma faktiki artım səviyyəsi Asiya İnkişaf Bankının elan etdiyi 11,5 faizdən çox olacaq. İnflyasiya 15 faiz ətrafında olacaq”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin