"Azərbaycanda qeyri neft-qaz sektorunda artım sürətlənib" – NAZİR

Hazırda oxunan: "Azərbaycanda qeyri neft-qaz sektorunda artım sürətlənib" – NAZİR

94983

Qeyri neft-qaz sektorunda artım əvvəlki illə müqayisədə sürətlənib.

Bizim.Media xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində yazıb.

Nazir qeyd edib ki, bu ilin yanvar-avqust aylarında ÜDM əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,8% artaraq 84 mlrd. 880,4 mln. manat, qeyri neft-qaz sektoru üzrə isə 10,3% artaraq 43 mlrd. 303,5 mln. manat olub:

"Qeyri neft-qaz sektorunda artım əvvəlki illə müqayisədə sürətlənib. Bu sektorda ÜDM ötən ilin həmin dövründə 2020-сi ilin yanvar-avqust aylarına nisbətən cəmi 5,7% artmışdı", - M.Cabbarov deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin