Asiya inkişaf Bankı (ADB) bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) ötən illə müqayisədə 4,2% çox olacağını proqnozlaşdırır.
Bizim.Media xəbər verir ki, bu bardə Bankın “Asian Development Outlook” hesabatının yenilənmiş sentyabr sayında bildirilir.
Sənədə əsasən, bu göstərici ADB-nin aprel proqnozu ilə müqayisədə 0,5 faiz bəndi çoxdur.
Bank gələn il Azərbaycanda iqtisadi artımla bağlı proqnozunu isə dəyişməyərək 2,8% saxlayıb.
ADB ümumilikdə Qafqaz və Mərkəzi Asiya regionu iqtisadiyyatının bu il 3,9% (0,3% bəndi çox), gələn il isə 4,2% (0,2 faiz bəndi çox) artacağını gözləyir.
“Bu il və gələn il Qafqaz və Mərkəzi Asiya regionunda daha sürətli artım gözlənilir. 2022-ci ildə gözlənilən 3,9% artm Rusiyanın Ukraynaya təcavüzünün müəyyən iqtisadi faydalarının təsirləridir. Məslən, sanksiya tətbiq olunan Rusiyadan Ermənistan və Gürcüstana pul köçürmələri Rusiya bizneslərinin mərkəzini bu ölkələrə köçürməsi ilə kəskin şəkildə artıb. Bundan başqa, Azərbaycanın karbohidrogen ixracı, müharibənin yaratdığı sıx tədarük səbəbindən artır”- hesabatda qeyd edilib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
10:19 / 21.09.2022
ADB Azərbaycanın iqtisadi artımı ilə bağlı proqnozunu yaxşılaşdırıb
Hazırda oxunan: ADB Azərbaycanın iqtisadi artımı ilə bağlı proqnozunu yaxşılaşdırıb
Hazırda oxunan: ADB Azərbaycanın iqtisadi artımı ilə bağlı proqnozunu yaxşılaşdırıb
94930
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.