Kreditlər və ssudalar üzrə xalis maliyyə aktivləri 30,3 milyon dollar artıb

Hazırda oxunan: Kreditlər və ssudalar üzrə xalis maliyyə aktivləri 30,3 milyon dollar artıb

94577

Altı ayda kreditlər və ssudalar üzrə xalis maliyyə aktivləri 30,3 milyon dollar artıb, xalis maliyyə öhdəlikləri isə 754,3 milyon dollar azalıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Mərkəzi Bank yayıb.

Mənbə qeyd edir ki, kreditlər və ssudalar üzrə xalis maliyyə öhdəlikləri bank sektorunun kreditləri (30,4 milyon dollar) hesabına artıb, neft-qaz sektorunun kreditləri (387,5 milyon dollar), dövlət kreditləri (173,9 milyon dollar), dövlət zəmanətli kreditlər (188,1 milyon dollar) və müəssisələrin kreditləri (35,2 milyon dollar) hesabına isə azalıb.
Depozitlər və nağd valyuta üzrə xalis maliyyə aktivləri 1,7 milyard dollar, xalis maliyyə öhdəlikləri isə 0,4 milyard dollar artıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin