2020-ci ildə Azərbaycanın strateji valyuta ehtiyatları 49,93 milyard dollar təşkil edib.
Bizim.Media bu barədə Dövlət Neft Fondu (SOFAZ) və Mərkəzi Bankın maliyyə hesabatlarına istinadən məlumat yayıb.
2019-cu illə müqayisədə strateji valyuta ehtiyatları 352,4 milyon dollar və ya 0,7 faiz artıb.
Qeyd olunur ki, strateji valyuta ehtiyatlarının strukturunda 43,56 milyard dollar və ya 87,2 faiz SOFAZ-ın, 6,37 milyard dollar və ya 12,75 faiz Mərkəzi Bankın payına düşür.
2020-ci il ərzində SOFAZ-ın valyuta ehtiyatları 241 milyon (0,6 faiz), Mərkəzi Bankın valyuta ehtiyatları 111,4 milyon dollar (1,8 faiz) artıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
13:47 / 23.01.2021
Azərbaycanın strateji valyuta ehtiyatları 50 milyard dollara çatdı
Hazırda oxunan: Azərbaycanın strateji valyuta ehtiyatları 50 milyard dollara çatdı
Hazırda oxunan: Azərbaycanın strateji valyuta ehtiyatları 50 milyard dollara çatdı
9420
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.