Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.75%, faiz dəhlizinin aşağı həddi 4%, yuxarı həddi isə 9.25% səviyyəsində dəyişməz saxlanılıb.
AMB-dən Bizim.Media-ya verilən məlumata görə, pul siyasətinə həsr olunmuş ötən toplantıdan bəri faktiki inflyasiya səviyyəsində əhəmiyyətli dəyişiklik olmayıb.
Son aylar dünya ərzaq qiymətlərində və təchizat-logistika xərclərini xarakterizə edən göstəricilərdə baş verən azalmanın zaman intervalı ilə təsirlərini də nəzərə almaqla ilin sonuna inflyasiyanın cari səviyyədən aşağı olacağı proqnozu qüvvədə qalır. 2023-cü ilə isə inflyasiya proqnozu azaldılıb.
Monetar amillər inflyasiyaya azaldıcı təsir etməkdə davam edir. Profisitli tədiyə balansı valyuta bazarında təklifin artmasına şərait yaradır. Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönlüdür.
Ötən iclasdan bəri manatın nominal effektiv məzənnəsinin möhkəmlənmə tempinin yüksəlməsi inflyasiyanın məhdudlaşdırıcı amillərindən olub.
Sentyabrın əvvəlindən pul siyasətinin yeni əməliyyat çərçivəsinin tətbiqinə başlanılması sterilizasiya əməliyyatlarının aktivləşməsilə müşaiyət olunur.
Bu da monetar amillərin inflyasiyaya azaldıcı təsirlərini gücləndirir və orta müddətli dövrdə davamlı qiymət sabitliyinin təmin edilməsinə zəmin yaradır.
Pul siyasəti alətlərinin yeni konfiqurasiyada tətbiqi eyni zamanda aktiv banklararası bazarın formalaşmasına zəmin yaradır.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:14 / 16.09.2022
Mərkəzi Bank uçot dərəcəsini açıqladı
Hazırda oxunan: Mərkəzi Bank uçot dərəcəsini açıqladı
Hazırda oxunan: Mərkəzi Bank uçot dərəcəsini açıqladı
94124
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.