Azərbaycanda şəhid ailələrinə əlavə vergi güzəştləri tətbiq ediləcək

Hazırda oxunan: Azərbaycanda şəhid ailələrinə əlavə vergi güzəştləri tətbiq ediləcək

94102

Azərbaycanda 20 Yanvar şəhidlərinin övladlarına əməkhaqqı gəliri ilə bağlı əlavə güzəştlərin verilməsi nəzərdə tutulur.

Bizim.Media xəbər verir ki, bu, 2023-cü ildə dövlət büdcəsi gəlirləri üzrə siyasətin əsas istiqamətlərindən biridir.

Xatırladaq ki, hazırda qüvvədə olan Vergi Məcəlləsinə əsasən, 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə ölkənin ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynlərinin və arvadlarının (ərlərinin) muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat azaldılır.

Amma bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar.

Bundan başqa, gələn il şəhid statusu verilmiş şəxsin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirinin 800 manat azaldılması planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin