Ötən gün Azərbaycanın maliyyə naziri, Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının üzvü Samir Şərifov ölkəmizdə səfərdə olan bankın baş iqtisadçısı Albert Parkla görüşüb.
Maliyyə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, görüşdə Azərbaycan ilə AİB arasında əməkdaşlığın hazırki vəziyyəti və gələcək istiqamətləri, o cümlədən bank tərəfindən ənənəvi olaraq hər il hazırlanan “Asiyanın İnkişafına Baxış” sənədi, habelə 2023-cü ildə hazırlanacaq və 2024-2028-ci illəri əhatə edəcək Azərbaycan ilə AİB arasında tərəfdaşlıq strategiyasının əsas istiqamətləri üzrə müzakirələr aparılıb.
S.Şərifov Prezident İlham Əliyevin rəhbərliyi altında hökumət tərəfindən həyata keçirilən tədbirlər və əldə olunan nailiyyətlər, 2030-cu ilədək Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetləri, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlər barədə geniş məlumat verib.
O, hökumətin ölkə iqtisadiyyatının inkişaf hədəflərinə nail olmaq üçün həyata keçirdiyi mühüm layihələrdə AİB-in göstərdiyi dəstəyin əhəmiyyətini qeyd edib.
Nazir Rusiya-Ukrayna müharibəsinin enerji və ərzaq bazarlarında yaratdığı çətinliklərin və yüksək inflyasiya təhdidlərinin ölkəmizə də təsirsiz ötüşmədiyini diqqətə çatdırıb.
Öz növbəsində Albert Park Azərbaycan ilə AİB arasında uzunmüddətli və strateji əməkdaşlıqdan məmnunluğunu ifadə edərək yaranmış qlobal iqtisadi təhdidlərlə mübarizə şəraitində Azərbaycanda həyata keçirilən iqtisadi islahatların uğurla davam etdirildiyini və qurumun bundan sonra da Azərbaycanla əməkdaşlığı genişləndirməyə, ölkənin iqtisadi inkişaf prioritetlərini dəstəkləməyə hazır olduğunu bildirib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
02:29 / 15.09.2022
Asiya İnkişaf Bankı ilə əməkdaşlıq genişləndiriləcək
Hazırda oxunan: Asiya İnkişaf Bankı ilə əməkdaşlıq genişləndiriləcək
Hazırda oxunan: Asiya İnkişaf Bankı ilə əməkdaşlıq genişləndiriləcək
93898
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.