“Azərbaycana özəl investisiyaların cəlb edilməsi üçün yeni mexanizmlərə ehtiyac var” - NAZİR

Hazırda oxunan: “Azərbaycana özəl investisiyaların cəlb edilməsi üçün yeni mexanizmlərə ehtiyac var” - NAZİR

93846

“Azərbaycana özəl investisiyaların cəlb edilməsi üçün dövlət resursları ilə yanaşı, yeni mexanizmlərin işlənib hazırlanması, yeni mühitin formalaşdırılması lazımdır”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən “Azərbaycan: Dəyişən qlobal iqtisadiyyatda artım perspektivləri” adlı forumda çıxışı zamanı bildirib.

O, Dünya Bankı ilə gələcək əməkdaşlığa ümid etdiyini vurğulayıb.

Nazirin bildirib ki, Dünya Bankı Azərbaycan iqtisadiyyatının inkişafına böyük töhfə verib:

“Azərbaycan Dünya Bankı ilə ölkənin işğaldan azad edilmiş ərazilərinin infrastrukturunun bərpasına yönəlmiş layihələr, o cümlədən bərpa olunan enerji mənbələrinin yaradılması və “yaşıl" iqtisadiyyata keçid layihələri üzrə əməkdaşlıq edir”.
M.Cabbarov qeyd edib ki, Azərbaycan hidrogen istehsalı sahəsində də beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin