2020-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 9 mlrd 360,8 mln manat, büdcə xərcləri isə 12 mlrd 425,3 mln manat təşkil edib.
Bizim.Media Fonda istinadən xəbər verir ki, 2020-ci il ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 7 mlrd 382,2 mln manat, o cümlədən mənfəət neftinin və qazın satışından 6 mlrd 587,3 mln manat, bonus ödənişləri 767,8 mln manat, akrhesabı ödənişləri 6,7 mln manat, tranzit gəlirləri 20,4 mln manat təşkil edib.
Ötən il ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 1 mlrd 978,6 mln manata bərabər olub ki, bu da ümumi gəlirlərin 21,1%-ni təşkil edir. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri 3 mlrd 473,9 mln manat təşkil edib.
Ötən il ərzində ARDNF-nin 2020-ci il büdcəsinin icrası çərçivəsində 12 mlrd 200,0 mln manat vəsait dövlət büdcəsinə transfert edilib.
Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 200,0 milyon manat, "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 4,1 mln manat yönəldilib. 2020-ci il ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 21,2 mln manat təşkil edib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
22:38 / 22.01.2021
Neft Fondunun gəlir və xərcləri açıqlandı
Hazırda oxunan: Neft Fondunun gəlir və xərcləri açıqlandı
Hazırda oxunan: Neft Fondunun gəlir və xərcləri açıqlandı
9353
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.