Azərbaycanda neft sənayesinin tərəqqisi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümumilli liderin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illər Xəzər dənizində yeni yataqların kəşf olunması, ölkəmizin neft emalı, neft-kimya sənayesinin yenidən qurulması və modernləşdirilməsində dönüş mərhələsi kimi dəyərləndirilir.
Bizim.Media xəbər verir ki, 1970-ci illərədək Xəzər dənizində istifadə olunan texniki vasitələr yalnız dənizin 40 metr dərinliyinədə işləməyə imkan verib.
1970-1980-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə respublikaya dəniz yataqlarının işlənilməsi üçün yeni müasir avadanlıqlar - qazma qurğuları, borudüzən gəmilər, 2500 ton yük qaldıra bilən "Azərbaycan" kran-gəmisi, geofiziki kəşfiyyat işləri aparan gəmilər və başqa texniki vasitələr gətirilib.
Digər mühüm məsələ 1970-ci ildə “Xəzərdənizneft” İstehsalat Birliyinin (İB) yaranması və SSRİ Neft Sənayesi Nazirliyi tərəfindən Xəzərin bütün sektorlarında geoloji-kəşfiyyat, qazma, işlənmə, istismar və digər işlərin aparılmasının Azərbaycan neftçilərinə həvalə edilməsidir.
MÖVZU İLƏ BAĞLI:
“Türk dünyasının şərq sərhədləri Türkmənistan vasitəsi ilə açılır” - Zaur Məmmədov
Dənizin 200 m dərinliyindəki sahələrdə işləməyə imkan verən “Şelf” tipli yarımdalma üzən qazma qurğularının alınması nəticəsində dənizin daha dərin sahələrində zəngin neft və qaz yataqlarının kəşf olunmasına imkan yaranıb. 1975-ci ildə "Bulla-dəniz" yatağının işlənilməsinə start verilib. 1979-cu ildə «Günəşli», 1985-ci ildə "Çıraq", 1988-ci ildə «Azəri», 1989-cu ildə "Kəpəz" yatağı aşkar edilib.
Azərbaycan hər zaman Xəzər dənizində dialoq, qarşılıqlı anlaşma, əməkdaşlıq və sabitlik mühitinin formalaşdırılması üzrə səylər göstərib. Ölkəmizin müstəqiliyi bərpa olunduqdan sonra aparılan uzaqgörən siyasət nəticəsində 1994-cü il sentyabrın 20-də Bakı şəhərində tarixə “Əsrin müqaviləsi” kimi daxil olub, Xəzər dənizində neft yataqlarının işlənilməsi və hasilatın pay bölgüsü haqqında müqavilələrin imzalanmasına nail olununub.
“Əsrin müqaviləsi”nin imzalanması Xəzər dənizinin mineral sərvətlərindən istifadə üçün dünyanın aparcı neft şirkətlərinin və xarici investisiyaların cəlb edilməsi üzrə çox mühüm siyasi addım olmaqla bu istiqamətdə ilk dəfə olaraq Xəzər dənizində beynəlxalq əməkdaşlığa yol açılıb.
Azərbaycan hər zaman Xəzər dənizində dialoq, qarşılıqlı anlaşma, əməkdaşlıq və sabitlik mühitinin formalaşdırılması üzrə səylər göstərib, həmçinin hüquqi statusun müəyyənləşdirilməsi üçün ilk təşəbbüs göstərən ölkələrdən biridir. Xəzər dənizində bölgü məsələləri üzrə sahilyanı ölkələr arasında dialoq üçün ikitərəfli və çoxtərəfli formatlara üstünlük verilib.
Bu çərçivədə 29 noyabr 2001-ci il tarixində “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında Saziş”, 23 sentyabr 2002-ci il tarixində “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölünməsi haqqında Saziş” və 14 may 2003-cü il tarixində “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölgü xətlərinin kəsişmə nöqtəsi haqqında Saziş”in imzalanmasına nail olunub.
Xəzər dənizinin şimal hissəsinin dibinin bölünməsi üzrə razılaşma da əldə olunub ki, bu da öz növbəsində bütün sahilyanı ölkələr arasında Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi üzrə beştərəfli formatda aparılan prosesə güclü təkan verib.
MÖVZU İLƏ BAĞLI:
Ceyhun Bayramov Berdiməhəmmədovla görüşdü
Uzaqgörən siyasətin icrası nəticəsində neft-qaz sahəsində “Odlar Yurdu” və “Küləklər şəhəri”nin qazandığı növbəti uğur yanvarın 21-i Azərbaycan və Türkmənistan XİN rəhbərlərinin imzaladığı anlaşma memorandumudur.
Anar Rəhimov, Bizim.Media