Şərqi Zəngəzurda yenidənqurma işləri ilə bağlı prioritet məsələlər müzakirə edilib - FOTO 

Hazırda oxunan: Şərqi Zəngəzurda yenidənqurma işləri ilə bağlı prioritet məsələlər müzakirə edilib - FOTO 

93404

Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının 12 sentyabrda növbədənkənar iclası keçirilib.

Bizim.Media xəbər verir ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyevin sədrliyi ilə keçirilən iclasda müşahidə şurasının üzvləri iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov iştirak edib.

Toplantıda “Şərqi Zəngəzur İqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin strukturu, əməyin ödənişi fondu, işçilərinin say həddi və onların əmək haqqları təsdiq edilib.
Onu da qeyd edək ki, Xidmətin icraçı direktoru Xidmətin Müşahidə Şurası tərəfindən təyin edilmiş Növrəs Qəhrəman oğlu Cəfərovdur.

Daha sonra Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının işğaldan azad edilmiş ərazilərində yaşayış məntəqələrinin (şəhər, kənd, qəsəbə) tikintisi, təmiri və bərpası işlərinin layihələndirilməsi və həyata keçirilməsi ilə bağlı prioritet məsələlər və inkişaf strategiyası müzakirə olunub.

Sonda verilən tapşırıqların vaxtında və tam həcmdə icra olunması əsas tələb kimi qoyulub və növbəti iclasın tarixi müəyyən edilib.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin