Bu Fondun istiqrazları üzrə faiz və nominal ödənişləri açıqlandı

Hazırda oxunan: Bu Fondun istiqrazları üzrə faiz və nominal ödənişləri açıqlandı

93175

İpoteka və Kredit Zəmanət Fondunun istiqrazları üzrə faiz və nominal ödənişləri açıqlanıb.

Bakı Fond Birjasından Bizim.Media-ya bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2013008688, AZ2014008687, AZ2015008686, AZ2016008685, AZ2017008684, AZ2018008683, AZ2019008682 İSİN-li istiqrazların emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin ödənilməsi nəzərdə tutulub.

İpoteka və Kredit Zəmanət Fondundan daxil olan məlumata əsasən, sentyabrın 7-də AZ2013008688, AZ2014008687, AZ2015008686, AZ2016008685, AZ2017008684, AZ2018008683, AZ2019008682 İSİN-li istiqrazlar üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilib.

Buna əsasən, sentyabrın 7-dən etibarən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 603.53 manat təşkil edir.

Növbəti faiz ödəniş dövründə 3 faizlik faiz gəliri 603.53 manat məbləği əsasında hesablanacaq. Bakı Fond Birjasında AZ2013008688, AZ2014008687, AZ2015008686, AZ2016008685, AZ2017008684, AZ2018008683, AZ2019008682 İSİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların baza qiymətinin 603.53 manat olması nəzərə alınmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin