Kredit almaq üçün müraciət edən tələbələrin SAYI

Hazırda oxunan: Kredit almaq üçün müraciət edən tələbələrin SAYI

92936

"Bəzi özəl universitetlərdə təhsil haqlarının ilk il üçün tam ödənilməsi ilə bağlı narazılıqlar hələ də qalır. Nəzərə almalıyıq ki, həmin təhsil müəssisəsi öz maliyyəsinin idarə olunmasında müstəqildir. Bu səbəbdən hansısa təzyiq mexanizmi tətbiq edilə bilməz".

Bizim.Media xəbər verir ki, bu fikirləri Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ali məktəblər təhsil haqqlarının toplanmasında müxtəlif mexanizmlərdən istifadə edə bilərlər:

"Bu istiqamətdə əməkdaşlıq qurmuşuq. Xahiş edirik ki, yeni qəbul olan tələbələrə kredit almaları üçün imkan yaradılsın. Yanaşma əsasən qarşılıqlı əməkdaşlıq çərçivəsində olmalıdır. Belə olan halda dərhal həmin tələbənin təhsil haqqını köçürməyə çalışırıq. Lakin qaydaları dəyişib birinci kurs tələbələrinə təhsil haqqını birdəfəlik verə bilmərik".
"Bu günə qədər ali təhsil müəssisəsinə qəbul olmuş 3200 nəfər artıq kredit almaq üçün müraciət var. Onların qəbul olduqları müvafiq ali təhsil müəssisələrindən təsdiqini gözləyirik", - A.Paşayev.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin