Bu gün Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclası keçirilib
Bizim.Media xəbər verir ki, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində Azərbaycan Prezidentinin 2022-ci il 22 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”ndan irəli gələn tapşırıqlar, 2023-cü il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin layihələri, büdcə qaydasının hədəfləri və əməliyyat hədəfi, ortamüddətli dövr üçün dəqiqləşmiş makroiqtisadi proqnoz göstəriciləri və digər cari məsələlər ətraflı müzakirə olunub.
İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarovun və maliyyə naziri Samir Şərifovun məruzələri dinlənilib.
2023-cü ilin dövlət və icmal büdcələrinin layihələrinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunması ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Bizim.Media 



- A-
- A
- A+
İqtisadiyyat
							19:49 / 08.09.2022
							
						Baş nazir İqtisadi Şuranın növbəti iclasını keçirdi - FOTO
						
							
								Hazırda oxunan: Baş nazir İqtisadi Şuranın növbəti iclasını keçirdi - FOTO							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Baş nazir İqtisadi Şuranın növbəti iclasını keçirdi - FOTO							
						92820
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































