ABŞ Azərbaycanın neft hasilatı üzrə proqnozunu yüksəldib

Hazırda oxunan: ABŞ Azərbaycanın neft hasilatı üzrə proqnozunu yüksəldib

92704

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2022-2023-cü illər üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu yüksəldib.

Bizim.Media EİA-ya istinadən verdiyi məlumata görə, 2023-cü ildə Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatın 640 min barel təşkil edəcəyi ehtimal edilir, bu da əvvəlki proqnoz göstəricidən 30 min çoxdur. 

Proqnoza görə, bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 670 min barel təşkil edəcək ki, bu da əvvəlki proqnoz (avqustda verilib – red.) göstəricisi ilə müqayisədə 10 min barel artım deməkdir. 
Qeyd edək ki, ötən il ölkədə gündəlik maye karbohidrogenlərin hasilatı 720 min barel səviyyəsində olub.

2020-ci və 2019-cu illərdə sözügedən göstərici müvafiq olaraq 700 min barel və 780 min barel səviyyəsində olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin