DGK xətti ilə büdcə daxilolmaları 34 % artıb

Hazırda oxunan: DGK xətti ilə büdcə daxilolmaları 34 % artıb

92668

Bu ilin yanvar-avqust aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 3 767,061 milyon manat təşkil edib.

Bizim.Media DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,1 % çoxdur.

Bu ilin 8 ayında gömrük rüsumları üzrə daxilolmalar 18,8 % artaraq 905,771 mln manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 41,8 % artaraq 2 712,875 mln manat, aksizlər üzrə daxilolmalar 0,06% azalaraq 106,326 mln manat, yol vergisi üzrə daxilolmalar isə 49,8 % artaraq 42,09 mln manat olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin