Mərkəzi Bank 51 sığorta agentinin lisenziyasını dondurdu -  FOTO

Hazırda oxunan: Mərkəzi Bank 51 sığorta agentinin lisenziyasını dondurdu -  FOTO

92160

Azərbaycan Mərkəzi Bankı (AMB) 51 sığorta agentinin lisenziyasını müvəqqəti dondurub.

Bizim.Media bu barədə quruma istinadən xəbər verir.

AMB “Sığorta fəaliyyəti haqqında” Qanunun 106.1.10-cu maddəsinə əsasən müvafiq hesabatın təqdim edilməməsi ilə əlaqədar 31 avqust 2022-ci il tarixli qərarı ilə fiziki şəxs olan sığorta agentlərinə verilmiş lisenziyaların qüvvəsini 3 ay müddətinə dayandırıb.

Mərkəzi Bank könüllü müraciətləri əsasında 2 fiziki şəxsə sığorta agentinə verilmiş lisenziyanı isə ləğv edib.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin