Ölkəmizin Malayziyadakı səfiri İrfan Davudov Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) qonağı olub.
ASK-dan Bizim.Media-ya bildirilib ki, görüşdə Malayziya ilə ölkəmiz arasında iqtisadi əlaqələrin qurulması və “Made in Azerbaijan” brendinin tanıdılması, məhsullarımızın bu bazara ixrac potensialı, turizm sahəsində əməkdaşlıq ilə bağlı məsələlər müzakirə edilib.
Səfir bildirib ki, Malayziya qida məhsullarının 90 faizini idxal edir, ona görə də ölkəmizin kənd təsərrüfatı məhsulları üçün yaxşı bazar ola bilər. Həmçinin, müsəlman ölkəsi Malayziyadan Azərbaycana turist səfərlərinin artırılması mümkündür.
İ.Davudov nümunə kimi Özbəkistana səfərlərin Malayziyada çox populyar olduğunu qeyd edərək, birgə turist marşrutlarının effektiv ola biləcəyini vurğulayıb.
Səfirin sözlərinə görə, Malayziyanın işgüzar dairələri Azərbaycandakı həmkarları ilə birlikdə işgüzar şuranın yaradılması ilə bağlı təkliflə çıxış ediblər.
Azərbaycan Sahibkarlar Konfederasiyasının Malayziyaya işgüzar missiya təşkil etməsinin iqtisadi əlaqələrə töhfə verə biləcəyini bildirən İ.Davudov halal sertifikatının verilməsi ilə bağlı bu dövlətin böyük və ən qabaqcıl təcrübəsi ilə bağlı əməkdaşlıq imkanları barədə də fikirlərini deyib.
Konfederasiyanın baş katibinin müavini Fuad Hümbətov Azərbaycan sahibkarlarının Malayziya bazarına çıxışı imkanlarına toxunaraq, bu sahədə logistikanın mürəkkəbliyinə diqqət çəkib.
F.Hümbətov Malayziyanın İslam Ticarət və Sənaye Palatasında aktiv üzvlərdən biri olduğunu və bu təşkilat çərçivəsində əməkdaşlıq imkanlarının daha da yüksələ biləcəyini vurğulayıb.
Bildirib ki, bu ilin oktyabr ayında İslam Ticarət və Sənaye Palatasına üzv ölkələrin iştirakı ilə Bakıda beynəlxalq kənd təsərrüfatı forumu keçiriləcək və bu forumda Malayziyadan olan iş adamları aktiv iştirak edə bilərlər.
F.Hümbətov, həmçinin səslənən təkliflərlə bağlı səfirə təşəkkür edərək, ASK rəhbərliyində müvafiq müzakirələrin aparılacağını deyib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
22:29 / 03.09.2022
Azərbaycan-Malayziya iqtisadi əlaqələri müzakirə olunub
Hazırda oxunan: Azərbaycan-Malayziya iqtisadi əlaqələri müzakirə olunub
Hazırda oxunan: Azərbaycan-Malayziya iqtisadi əlaqələri müzakirə olunub
91932
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.