Xəbər verdiyimiz kimi, Rusiyanın "Qazprom" şirkəti "Şimal axını" boru kəmərindən təbii qazın Avropaya nəqlinin qeyri-müəyyən müddətə dayandırıldığını bildirib.
Bizim.Media BBC-yə istinadən xəbər verir ki, Avropa İttifaqının (Aİ) Prezidenti Şarl Mişel“Qazprom”un bu addımının sürpriz olmadığını açıqlayıb.
MÖVZU İLƏ BAĞLI:
Rusiya Avropaya təbii qazın nəqlini DAYANDIRDI
“Qazdan silah kimi istifadə Aİ-nin qərarını dəyişdiməyəcək. Biz enerji müstəqilliyinə doğru yolumuzu sürətləndirəcəyik. Bizim borcumuz vətəndaşlarımızı qorumaq və Ukraynanın azadlığını dəstəkləməkdir”, - deyə Şarl Mişel “Twitter“ səhifəsində yazıb.
Bizim.Media