"Manatın hətta 3-cu devalvasiyası da baş verə bilər"

Hazırda oxunan: "Manatın hətta 3-cu devalvasiyası da baş verə bilər"

91697
İqtisadçı alim Qubad İbadoğlu manatın "taleyi haqda bədbin proqnoz verib. 

Moderator.az xəbər verir ki, iqtisadçı alim manatın nəinki 2-ci, hətta 3-cu devalvasiyasının da baş verə biləcəyini bildirib:

Hazırkı daxili iqtisadi vəziyyət və mövcud xarici konyuktura inzibati qayda da tənzimlənən və valyuta ehtiyatlarının azalmasını şərtləndirən manatın məzənnəsini yaxın dövlərdə daim təzyiqlər altında saxlayacaq. Nə qədər ki, Mərkəzi Bank milli valyutanı bazara müdaxilə yolu ilə tənzimləyəcək bir o qədər də manatın taleyi ilə bağlı narahatçılıq qalacaq. Odur ki, Azərbaycan manatının xilas yolu ilk növbədə valyuta bazarının və bütövlükdə iqtisadiyyatın liberallaşmasından keçir. Əks tədqirdə, əgər islahatlar aparılmayacaqsa, manatın nəinki 2-ci, hətta 3-cu devalvasiyası da baş verə bilər. Hazırkı siyasətin davam etdirilməsi Mərkəzi Bankın valyuta ehtiyatlarının tamamilə xərclənməsinə gətirib çıxaracaq və bu halda həm valyuta ehtiyatlarını və həm də manatın dəyərini sürətlə itirə bilərik. Yeganə yol islahatlardan keçir, islahatların nəinki keçirilməməsi, hətta ləngidilməsi belə Azərbaycan maliyyə-bank sistemini iflasa aparacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin