Bu il dövlət şirkətlərinin, o cümlədən SOCAR-ın paylarının satılması planlaşdırılmır.
Bizim.Media-nın verdiyi məlumata görə, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Bloomberg"ə müsahibəsində bildirib.
"Özəlləşdirmə naminə özəlləşdirmə etmək və ya müəyyən bir müddət çərçivəsində özəlləşdirmə aparmağı doğru olduğuna inanmırıq və bu səbəbdən seçimimiz, işləmək və səhmdar dəyərini artırmaq üçün imkan verən investisiya holdinqi qurmaq idi", - deyə nazir qeyd edib.
Qeyd edək ki, 2020-ci ilin avqust ayında Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan İnvestisiya Holdinqinin yaradılması haqqında Fərman imzalayıb.
Həmin ilin noyabr ayında isə Prezident SOCAR, "AzerGold", "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"nın Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi haqqında Sərəncam imzalayıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:13 / 21.01.2021
Bu il SOCAR-ın payları satılmayacaq - Nazir
Hazırda oxunan: Bu il SOCAR-ın payları satılmayacaq - Nazir
Hazırda oxunan: Bu il SOCAR-ın payları satılmayacaq - Nazir
9164
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.