Kirayə qaldığınız mənzili almaq ŞANSINIZ VAR - 268 manat ödəyin və...

Hazırda oxunan: Kirayə qaldığınız mənzili almaq ŞANSINIZ VAR - 268 manat ödəyin və...

91597

İpoteka və Kredit Zəmanət Fondunun satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təklif edilən yaşayış sahələrinin siyahısına daha 189 tam təmirli mənzil əlavə edilib.

Bizim.Media Fonda istinadən xəbər verir ki, paytaxtın Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən yaşayış kompleksi üzrə 34 mənzil təklif olunur. Bunlar da 1, 2 və 3 otaqlı yaşayış sahələridir. Kompleksdə yeni mənzillərin aylıq ödənişləri 586 manatdan başlayır. 

Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesinin 17-ci km-də yerləşən kompleksdə isə 1, 2 və 3 otaqlı olmaqla 155 mənzil təklif olunur. Bu kompleks üzrə mənzillərin aylıq ödənişləri isə 268 manatdan başlayır.

Qeyd edək ki, yeni mənzillər Elektron ipoteka və kredit zəmanət sistemi (EİKZS) üzərindən seçim üçün 9 sentyabr 2022-ci il tarixindən açıq olacaq. Vətəndaşlar yaşayış kompleksləri üzrə təklif olunan mənzillərlə bu keçid vasitəsilə tanış ola bilərlər.
Xatırladaq ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizimdən ümumilikdə 2 223 ailə faydalanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin