Azərbaycan oktyabrdan IGB ilə Bolqarıstana qaz tədarükünə hazırdır

Hazırda oxunan: Azərbaycan oktyabrdan IGB ilə Bolqarıstana qaz tədarükünə hazırdır

91312

Bolqarıstanın Energetika naziri Rosen Xristov və onun azərbaycanlı həmkarı Pərviz Şahbazov arasında telefon danışığı olub.

Bizim.Media “İnterfax.az”a istinadən xəbər verir ki, telefon bağlantısı zamanı Yunanıstanla-Bolqarıstan bağlayıcı kəmərinin (interkonnektor – red.) tamamlanma səviyyəsi və Azərbaycanın yeni qoşulma vasitəsilə qaz tədarük imkanları müzakirə edilib.

“Xristov həmkarından oktyabrın 1-dən bunun baş verməsinə (interkonnektorla qazın nəqlinin başlamasına – red.) hazır olduğuna dair zəmanət alıb. Onların söhbətində toxunulan digər mövzu isə razılaşdırılandan artıq əlavə qazın verilməsinin texniki imkanları olub”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, ICGB layihə şirkətinin (layihənin operatoru) icraçı direktoru Teodora Georieva öncə bildirmişdi ki, IGB bu ilin sentyabr-oktyabr aylarında fəaliyyətə başlayacaq.
IGB boru kəmərinin illik ötürmə gücü 3 mlrd. kubmetr olacaq, gələcəkdə bu göstərici 5 mlrd. kubmetrə çatdırıla bilər. Gözlənilir ki, artıq bu ilin sentyabr ayından başlayaraq, kəmər vasitəsilə Azərbaycan qazı Bolqarıstana nəql ediləcək.

Hazırda Azərbaycan qazı Bolqarıstana Yunanıstan ərazisi ilə alternativ birləşdirici infrastruktur vasitəsilə çatdırılır.

Xatırladaq ki, Bolqarıstanın "Bulgargaz" şirkəti "Şahdəniz-2" layihəsi çərçivəsində "Şahdəniz" konsorsiumu ilə ildə 1 mlrd. kubmetr qazın nəqli ilə bağlı müqavilə imzalayıb. Azərbaycan 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya qaz ixracına başlayıb. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin