“ƏDV Geri Al” sisteminə tabe olmayan mağazaları hansı cəza gözləyir? - Ekspert RƏQƏMLƏRİ AÇIQLADI

Hazırda oxunan: “ƏDV Geri Al” sisteminə tabe olmayan mağazaları hansı cəza gözləyir? - Ekspert RƏQƏMLƏRİ AÇIQLADI

91167

Dövlət iqtisadi nizam-intizamı tənzimləmək üçün stimullaşdırıcı layihələr həyata keçirir. Amma çox zaman belə layihələrin səmərəsini görə biləcək kütlə özü bu addımlara biganə münasibət sərgiləyir. 

Məsələn, “ƏDV geri al” layihəsi əslində çox maraqlı və faydalı bir işdir. Di gəl ki, nə xidmət göstərən, nə də xidmət qəbul edən bu prosesə fəal şəkildə qoşulmur. Hazırda bu layihə üzrə xeyli və ciddi problemlər var. 

İqtisadçı ekspert Eldəniz Əmirov Bizim.Media-ya açıqlamasında söyləyib ki, “ƏDV Geri  Al” ilə bağlı problemlərin aradan qaldırılması üçün əsas şərt bütün müəssisələrin yeni nəsil kassa aparatları ilə təmin olunması və onlara nəzarətin gücləndirilməsindədir:

“Əslində marketlər alıcılara ƏDV ödəmirlər. “ƏDV Geri Al” şəklində əldə etdikləri bonusları ticarət obyektlərinə alıcaların özləri qazandırırlar. Sadəcə olaraq alıcılar aldığı malın üzərində olan ƏDV-ni də ödəyirlər, daha sonra onlara verilən ödəniş çekləri üzərindəki QR koddan və ya ID koddan istifadə edirlər. Ödədikləri ƏDV-nin onlayn alış zamanı 15 faizini və ya nəğd alış zamanı isə 10 faizini geri almış olurlar”.
 

MÖVZU İLƏ BAĞLI:

YENİLİK: 100 manatlıq alış-verişdə 3 manat 5 qəpik ƏDV - VİDEO


Ekspert qeyd edib ki, alıcıların üzərinə düşən vəzifə alver etdikləri mağazalarda birmənalı olaraq qəbzləri tələb etmələridir: 

“Qəbz olduğu zaman ödəniş qeydiyyata alınır. Yeni nəsil kassa aparatlarında isə avtomatik olaraq alıcı bütün qəbzlərlə təmin olunur. O qəbzlərdə digər zəruri məlumatlarla yanaşı, ƏDV-nin müəyyən hissəsinin geri qaytarıldığını göstərən QR kodlar da olur.

Məqsəd şəffaflıq və iqtisadiyyatdın ağardılması olduğundan o sahələrdə ki, qismən və ya kifayət qədər şəffaflığa nail olundu, vergi ödəməsi sistemində nizam yaradıldı, belə sahələr “ƏDV Geri Al” sistemindən çıxarılır. Əvəzində isə ehtiyac duyulan sahələrə “ƏDV Geri Al” konsepsiyası əlavə edilməyə başlanılır. O cümlədən də tibdə”.

Eldəniz Əmirovun diqqətə çatdırıb ki, nəğd ödənişlər üzrə ƏDV-nin 10 faizi geri qayıdırsa, nəğdsiz ödənişlərdə bu 15 faiz təşkil edir və bu da istehlakçıları nəğdsiz ödənişlər etməyə stimullaşdırır və beləliklə iqtisadiyyat qara rəngini bütün sahələr üzrə dəyişməyə başlayır. Bu gələcəkdə ev alqı-satqısından tutmuş bütün xidmət sahələrində özünü biruzə verəcək.

Bəs bizə verilən qəbzlərdə “ƏDV Geri Al” olmadığı təqdirdə nə etməliyik?

Dövlət Vergi Xidmətindən bildirilib ki, ilin sonunadək yeni nəsl kassa aparatları bütün bölgələrimizi əhatə edəcək və bundan sonra heç kimin bu prosesdən imtina etmək kimi bir lüksü qalmayacaq:

“2022-ci ilin ilk 4 ayında yeni nəsl kassa aparatları ilə olan dövriyyə 6,1 milyard manat təşkil edib. O da ötən ilki 4 ayla müqayisədə 42 faiz artıq vəsait deməkdir. Ümumiyyətlə, kassa aparatlarının  dövriyyəyə girməsi “ƏDV Geri Al” sahəsində daha böyük irəlliləyişlərin əldə olunmasına təkan verir. Nəticədə hazırda 2 milyondan çox istehlakçı “ƏDV Geri Al” sistemində qeydiyyatdan keçib və onların sayı getdikcə artmaqdadır. Nəticədə 60 mindən artıq onlayn kassa aparatları mövcuddur ki, bunlar da birbaşa olaraq nəğdsiz ödənişlərin həyata keçməsinə xidmət edir”.

“ƏDV Geri Al” sistemindən istifadənin dövlət üçün nə qədər faydası olub?

İqtisadçı ekspert bildirib ki, hazırda bunu ölçmək üçün bir indiqator mövcud deyil. Biz bilirik ki, bu layihə nəticəsində vergi yığımı artıb:

“Bəs  artan vergi yığımının nə qədəri məhz “ƏDV Geri Al” səbəbindən artıb? Heç bunu da hesablamaq mümkün deyil. Mütləq olaraq 5 ay ərzində “ƏDV Geri Al” sisteminə görə 230 milyon manatın vətəndaşa qaytarıldığı ortadadır. Hətta bunu hesablamaq üçün indiqator mövcud olsa da, bu layihənin effekti yığılmış vəsaitin maddi dəyəri ilə bitmir, əsas vergi ödəyicilərində nizam-intizam yaradılmasına xidmət etmiş olur”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin