Azərbaycanda dövlət xəttilə ipoteka kreditlərinin sayı 40 mini ötdü

Hazırda oxunan: Azərbaycanda dövlət xəttilə ipoteka kreditlərinin sayı 40 mini ötdü

90319

Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 40 004 borcalana 2 milyard 247,048 milyon manat kredit verib.

Bizim.Media xəbər verir ki, bu barədə İKZF-nin açıqlamasında bildirilir.

Qurum bəyan edib ki, indiyə qədər 312,411 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 2 146 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

Xatırladaq ki, Fond 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir.

Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin