Azərbaycanda benzin və dizel bahalaşacaq? - TARİF ŞURASINDAN AÇIQLAMA

Hazırda oxunan: Azərbaycanda benzin və dizel bahalaşacaq? - TARİF ŞURASINDAN AÇIQLAMA

90265

Aksiz dərəcəsi üzrə dəyişiklik avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinə təsir göstərməyəcək.

Tarif (qiymət) Şurasından Bizim.Media-ya bildirilib ki, ümumiyyətlə qeyd olunan məhsullar üzrə qiymət dəyişikliyinin aparılması məsələsi müzakirə olunmur.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda benzin və dizelin qiyməti ilə bağlı YENİ QƏRAR


Qeyd edək ki, Nazirlər Kabinetinin 2022-ci il 23 avqust tarixli 322 nömrəli “Neft məhsullarının aksiz dərəcələri səviyyəsinin dəyişdirilməsi və ölkə ərazisində daşınması xərcləri ilə bağlı bəzi məsələlər haqqında” qərarına əsasən, avtomobil benzininin aksiz dərəcəsi 42,0 faizdən 42,5 faizə, dizel yanacağının aksiz dərəcəsi isə 18,0 faizdən 18,3 faizə dəyişdirilib və qərar 1 sentyabr 2022-ci il tarixindən qüvvəyə minəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin