KOBİA və “QazTrade” arasında əməkdaşlıq MEMORANDUMU - FOTO

Hazırda oxunan: KOBİA və “QazTrade” arasında əməkdaşlıq MEMORANDUMU - FOTO

90262

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə səfəri çərçivəsində Bakıda Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının ilk iclası keçirilib.

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Bizim.Media-ya bildirilib ki, iclas çərçivəsində KOBİA və Qazaxıstanın “QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi Səhmdar Cəmiyyəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Qazaxıstan-Azərbaycan İşgüzar Şurası çərçivəsində sənədlər imzalandı


Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi Səhmdar Cəmiyyətinin baş direktoru Əzəmət Əsgərulı imzalayıblar.

Memorandumda ticarət məsələləri üzrə məlumat və təcrübə mübadiləsinə, birgə tədbirlərdə iştiraka dair məsələlər öz əksini tapıb.

İşgüzar Şuranın iclasındakı çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkələrimiz arasında işgüzar əlaqələrin möhkəmlənməsində sahibkarların rolunu qeyd edib, İşgüzar Şuranın Azərbaycan və Qazaxıstan iş adamları arasında birbaşa əlaqələrin genişləndirilməsində, birgə layihələrin reallaşdırılmasında əhəmiyyətini vurğulayıb. Orxan Məmmədov həmçinin, KOBİA tərəfindən sahibkarlara göstərilən dəstək və xidmətlər barədə məlumat verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin