Trans-Adriatik Boru Kəməri (TAP) istismara veriləndən, Azərbaycandan Avropaya 15 mlrd. kubmetrdən çox təbii qaz nəql olunub.
Bizim.Media xəbər verir ki, bu barədə TAP konsorsiumu "Twitter" hesabında paylaşım edib.
“TAP boru kəməri ilə ilk qaz axınının başlandığı 31 dekabr 2020-ci il tarixindən bəri Avropaya 15 mlrd. kubmetrdən çox qaz nəql edib və bu, Avropanın enerji təhlükəsizliyinə töhfə verib”, - deyə paylaşımda qeyd olunur.
Qeyd edək ki, Azərbaycan qazı Avropaya TAP vasitəsi ilə nəql edilir. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti ilə "mavi yanacağ"ın kommersiya məqsədli nəqlinə ötən il dekabrın 31-də başlanılıb.
Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur.
Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır.
Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
15:10 / 23.08.2022
Azərbaycandan Avropaya nəql olunan qazın HƏCMİ
Hazırda oxunan: Azərbaycandan Avropaya nəql olunan qazın HƏCMİ
Hazırda oxunan: Azərbaycandan Avropaya nəql olunan qazın HƏCMİ
90031
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.