Azərbaycan, Türkiyə və Gürcüstan ərazisində tranzitlə daşınan yüklərə dair gömrük prosedurları asanlaşacaq

Hazırda oxunan: Azərbaycan, Türkiyə və Gürcüstan ərazisində tranzitlə daşınan yüklərə dair gömrük prosedurları asanlaşacaq

89246

Azərbaycan, Türkiyə və Gürcüstan ərazisində BTQ layihəsi çərçivəsində tranzit qaydada daşınan yüklərə dair gömrük prosedurları asanlaşacaq.

Bizim.Media xəbər verir ki, bu sözləri Türkiyə ticarət nazirinin müavini, Gömrük İdarəsinin rəhbəri Rıza Tuna Turagay avqustun 18-də Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan hökumətləri arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin iclasında deyib.

Türkiyə Gömrük İdarəsinin rəhbəri bildirib ki, Bakı-Tblisi-Qars dəmir yolunun imkanlarından yetərincə istifadə edə bilmirik:

“Hazırda Qarsdan göndərilən yük 70 saat sonra Bakıya çatır. Bu gün üç dövlət arasında imzalanan Saziş sayəsində ilkin məlumatların elektronlaşdırılması ilə bu müddət xeyli azalacaq".

Qeyd edək ki, bu gün Azərbaycan, Gürcüstan və Türkiyə hökumətləri arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair Saziş imzalanıb.
Sazişin məqsədi hər üç dövlətin ərazisindən keçməklə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit qaydada daşınan yüklərə dair gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumatların elektron mübadiləsinin həyata keçirilməsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin