Neftin qiyməti 45 dollara düşdü

Hazırda oxunan: Neftin qiyməti 45 dollara düşdü

88995
Brent markalı neftin qiyməti yenidən 50 dollardan aşağı düşüb. 

Oxu.Az xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 2,4 dollar ucuzlaşaraq 49,81 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,55 dollar azalaraq 45,57 dollar təşkil edib.

Qeyd edək ki, bir müddət əvvəl Neft İxrac Edən Ölkələrin Birliyinin (OPEK) baş katibi Abdulla əl Bədri bildirmişdi ki, 2016-ci ildən etibarən neftin qiymətində uzun müddətli sabitlik olacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin