Bu ilim yanvar-iyul aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 1 339,4 mln. manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, bu ilin yanvar-iyul aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 2 dəfə, kimya sənayesi məhsullarının istehsalında 18%, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 9,5% artıb.
Məlumata görə, hesabat dövründə ezin və plastik kütlə məmulatlarından bərk polietilen borular, borucuqlar, şlanqlar, qolların istehsalı 51,9%, kimya məhsullarından metanol (metil spirti) istehsalı 2,1 dəfə, lak-boya məmulatlarının istehsalı 11,9% artıb, məsaməli polistirol lövhələr və zolaqların istehsalı isə 18,2% azalıb.
Azərbaycanda əsas kimya məhsullarının istehsalı dinamikası:
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
14:39 / 15.08.2022
Azərbaycanda bu sahələrdə İSTEHSALDA ARTIM
Hazırda oxunan: Azərbaycanda bu sahələrdə İSTEHSALDA ARTIM
Hazırda oxunan: Azərbaycanda bu sahələrdə İSTEHSALDA ARTIM
88652
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.