Azərbaycanda buğda istehsal edən fermerlərə dəstək üçün tədbirlər görüləcək. Bu isə buğda istehsalının genişləndirilməsi ilə yanaşı, una olan tələbatın ödənilməsinə kömək edəcək.
Bizim.Media Xezerxeber.az-a istinadən xəbər verir ki, 50 hektar torpaq sahəsi olan, eyni zamanda, burada müasir suvarma sistemləri quraşdıran fermerlər ərzaqlıq buğda istehsalı ilə bağlı fəaliyyət planına qoşulmaq üçün Kənd Təsərrüfatı Nazirliyinə müraciət edə bilərlər.
Mövzu ilə bağlı danışan ekspert Rəşad Həsənov hesab edir ki, yeni mexanizm ərzaqlıq buğda istehsalı ilə özünütəminat səviyyəsinə müsbət təsir göstərəcək.
Azərbaycan ərzaqlıq buğda təminatının 90 faizinin idxaldan asılı olduğunu nəzərə alsaq, bu proses ölkədə unun və un məhsullarının qiymətinin ucuzlaşmasına təsir göstərəcək.
Bizim.Media