Nazirlər Kabineti “Şuşa şəhərinin ərazisində qadağan olunmuş sahibkarlıq fəaliyyəti növlərinin Siyahısı”nı təsdiqləyib.
35 sahibkarlıq fəaliyyəti növü ilə məşğul olmaq Şuşa şəhərinin ərazisində qadağan olunub. Bu siyahıya bitkiçilik, heyvandarlıq, ovçuluq, barama, arı balı istehsalı, daş kömür, neft, qaz hasilatı, alkoqolsuz işkilər istisna olmaqla içki, tütün, kağız, karton, kimya, metallurgiya, maşın və avadanlıq istehsalı, tullantıların emalı kimi sahələr daxildir.
Xatırladaq ki, Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Bundan başqa, şəhər və onun ətrafı turizmin inkişafı, turistlərin cəlbi üçün olduqca əlverişli məkandır.
Bu mənada Şuşada turizmin inkişaf etdirilməsi də nəzərdə tutulur. Adətən turistlər də ekoloji cəhətdən təmiz məkanlarda istirahət etməyə üstünlük verir.
Qeyd edək ki, bu qadağalar dünyanın bir çox unikal turizim şəhərilərində də tətbiq edilir. Hətta elə şəhərlər var ki, avtomobillərin hərəkəti tam dayandırılır. Elektomobil və velosipedlərdən istifadə edilir.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan “Təmiz Şəhər”ASC-nin mətbuat xidməti rəhbəri Orxan Cabbarov bildirir ki, Şuşanın relyef şəraiti və şəhərin memarlıq xüsusiyyətlərinin pozulmasına yol verməmək üçün şəhərin ərazisində həmin tarazlığı poza biləcək bir sıra sahibkarlıq növlərinin fəaliyyətinə icazə verilməyib:
“Elə ərazilər var ki, o ərazilərdə, birbaşa şəhərin özündə ekologiyaya bu və ya digər dərəcədə ziyan vuran müəssisələrin, istehsal sahələrinin yaradılması məqsədəuyğun deyil.
Adətən tullantıların idarə olunması üzrə müəssisələrin şəhərdən bir qədər kənarda və ətraf mühitə minimum təsiri olan ərazilərdə yerləşdirilməsi nəzərdə tutulur. Bu mənada Şuşa şəhəri də bildiyimiz kimi, Azərbaycanın mədəniyyət mərkəzi və turizm şəhəridir.
Həmin şəhərdə birbaşa tullantıların emalı və ekoloji mühitə ziyan vuran digər sahibkarlıq fəaliyyətilə məşğul olmaq Azərbaycan üçün əlverişli deyil.
Şuşanın relyef şəraiti və şəhərin memarlıq xüsusiyyətləri imkan vermir ki, orada həmin tarazlığı pozacaq sahibkarlıq sahələrinin fəaliyyətinə icazə verilsin. Dünya təcrübəsində də bu kimi məqamlara rast gəlmək olar”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:30 / 13.08.2022
Şuşada 35 sahibkarlıq fəaliyyəti niyə qadağan olundu? - İZAH
Hazırda oxunan: Şuşada 35 sahibkarlıq fəaliyyəti niyə qadağan olundu? - İZAH
Hazırda oxunan: Şuşada 35 sahibkarlıq fəaliyyəti niyə qadağan olundu? - İZAH
88313
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.