“Evini satanların ipoteka yolu ilə mənzillə təmin edilməsi qadağan olunsun” - TƏKLİF

Hazırda oxunan: “Evini satanların ipoteka yolu ilə mənzillə təmin edilməsi qadağan olunsun” - TƏKLİF

88109

“Bu addım mənzili olanların ipoteka ilə yeni ev alması fonunda bankları tələb olunan ilkin ödənişi 40-45 faizə çatdırmağa təşviq edə bilər”.

“Əslində bizim tərəfdən, mənzili olan və yaxud son 1 ildə evini satmış şəxslərin dövlət büdcəsi hesabına ipoteka yolu ilə mənzillə təmin edilməsinin qadağan olunması tövsiyyə olunur. Çünki tələb böyükdür. Amma onun qarşılığında təklif olunan maliyyə vəsaitlərinin həcmi azdır”.

Bunu fikirləri Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov səsləndirib.

İpoteka ilə yeni ev almaq istəyənlər üçün ilkin ödəniş üzrə qaydaların sərtləşdirilərək, 30 faizə çatdırılmasına münasibət bildirən ekspert qeyd edib ki, belə bir şəraitdə ehtiyacı olan insanlar illərlə ipoteka imkanlarından yararlana bilmir:

“Ona görə də dediyimiz məhdudlaşdırmanın aparılması yolu ilə mənzillərin əslində ehtiyacı olanlara satılması və dövlətin bu istiqamətdə sosial siyasətinin effektivliyinin artırılması tövsiyyə edilir”.

Bu mənada ekspertə görə, qəbul edilən qərar nisbətən fərqləndirməni, müəyyən sərtləşməni nəzərdə tutsa da, evi olanların həmin mexanizmə çıxışını məhdudlaşdırmır.

Həmsöhbətimiz düşünür ki, qəbul edilən qaydanın elə də ciddi təsiri olmayacaq, hədəflənən nətyicəyə çatmayacaq:

“Çünki digər şəxslər də onsuz da 30 faiz həcmində ilkin ödəniş etmək məcburiyyətindədir. 2016-cı ilin qaydalarına görə güzəştli ipoteka zamanı ilkin ödəniş maksimum 10, adi ipotekada isə maksimum 15 faiz idi. Amma sonradan maksimum qaydalarla bağlı dəyişiklik edildi və maksimum sözü minimum sözülə əvəzləndi. Yəni güzəştli ipotekada minimum 10, adi ipotekada isə minimum 15 faiz. Bu isə artıq şərtləri bankların diktə etməsinə şərait yaratdı.
 

Ona görə də yeni qərar verilməmişdən öncə də orta hesabla verilən ipotekalarda ilkin ödəniş tələbi onsuz da 30 faizdir.


Belədə evi olan şəxslərin ipoteka yolu ilə mənzil alması üçün ilkin ödənişin 30 faizə çatdırılması bankların onlar üçün tələb olunan ilkin ödənişi 40-45 faizə qaldırmağa təşviq edə bilər. Bankların üstünlük verdiyi əsas məsələ gəlirdir. Gəlir yüksəkdirsə, ipoteka kreditinin geri ödənişinə təminat verirsə, bankların evi olanlara ayrı yanaşma tətbiq edəcəyini də düşünmürəm. Bu da yeni qaydaların hədəflənən nəticələrə çatması imkanını məhdudlaşdıracaq”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin