Rusiya-Ukrayna müharibəsinin Azərbaycan iqtisadiyyatına məhdud təsirə malik olub.
Bizim.Media xəbər verir ki, bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyindən bildirilib.
Agentliyin hesabatına görə, Azərbaycan yüksək neft-qaz (karbohidrogen) qiymətlərindən dəstəklənən güclü iqtisadi bərpa ilə Rusiya-Ukrayna böhranını dəf edir.
Azərbaycanın Rusiya ilə güclü ticarət əlaqələrinə baxmayaraq, münaqişə iqtisadiyyata məhdud təsirə malik olub. Reytinq agentliyi davamlı iqtisadi fəaliyyətin getdikcə daha güclü biznes imkanlarına və banklar üçün daha yaxşı aktiv keyfiyyətinə çevriləcəyini və bankların müstəqil kredit profillərini yaxşılaşdıracağını gözləyir.
“Moody’s” həmçinin bu il Azərbaycanda real ÜDM-nin 4% artacağını proqnozlaşdırıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
02:29 / 10.08.2022
"Bu il Azərbaycanda real ÜDM 4% artacaq" - “Moody’s”
Hazırda oxunan: "Bu il Azərbaycanda real ÜDM 4% artacaq" - “Moody’s”
Hazırda oxunan: "Bu il Azərbaycanda real ÜDM 4% artacaq" - “Moody’s”
87793
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.