Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən avqustun 9-da növbəti hərrac keçirilib. Hərracda 10 nəqliyyat vasitəsi satılıb.
Xidmətdən Bizim.Media-ya bildirilib ki, nəqliyyat vasitələrinə edilən sifarişlərin çoxluğu hərracı rəqabətli edib. İlkin satış qiyməti 3500 manata olan “Hyundai Accent” markalı avtomobilə edilən ən son təklif 6035 manat olub.
Satılan nəqliyyat vasitələri əsasən Almaniya və Rusiya istehsalı olan avtomobillərdir.
Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: //clck.ru/sXJT9
Məlumat üçün bildiririk ki, bu ay üzrə növbəti hərraclar avqustun 16-sı, 23-ü, 30-da keçiriləcək. Hərraclara ümumilikdə 6 səhmdar cəmiyyətinin səhm paketi, 30 kiçik dövlət müəssisə və obyekti, 98 nəqliyyat vasitəsi çıxarılıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
00:17 / 10.08.2022
Bakıda keçirilən hərracda 10 avtomobil özəlləşdirildi
Hazırda oxunan: Bakıda keçirilən hərracda 10 avtomobil özəlləşdirildi
Hazırda oxunan: Bakıda keçirilən hərracda 10 avtomobil özəlləşdirildi
87791
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.