Milli İxrac Strategiyasının layihəsi hökumətə təqdim edildi

Hazırda oxunan: Milli İxrac Strategiyasının layihəsi hökumətə təqdim edildi

87727

Milli İxrac Strategiyasının layihəsi hökumətə təqdim edilib. 

Bizim.Media xəbər verir ki, bunu "APA-Economics"ə açıqlamasında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin sədri (AZPROMO) Yusif Abdullayev deyib. 

O bildirib ki, yaxın vaxtlarda layihənin təsdiqi gözlənilir. 

"Strategiyada yeni ölkələr, yeni ixrac istiqamətləri öz əksini tapıb. İxracın coğrafiyasının genişləndirilməsi bizim üçün ən önəmli məsələlərdən biridir. Həm kənd təsərrüfatı, həm də sənaye məhsullarının ixracının genişləndirilməsi strategiyada prioritetdir.
Xidmət ixracı da strategiyada yer alıb. Hədəflərimiz qeyri-neft ixracını 2026-cı ildə 5 milyard ABŞ dollarına çatdırmaqdır",- AZPROMO rəhbəri əlavə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin