Dövlət Əmək Müfəttişliyinə 7 mindən çox şikayət daxil olub

Hazırda oxunan: Dövlət Əmək Müfəttişliyinə 7 mindən çox şikayət daxil olub

87537

Bu il Dövlət Əmək Müfəttişliyi Xidmətinə 7149 şikayət ərizəsi daxil olub.

Bu barədə Bizim.Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlıumat verilib.

Bildirilib ki, 2022-ci ilin yanvar-iyul ayları ərzində nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən vətəndaşlardan daxil olmuş 7149 şikayət məzmunlu ərizə, eləcə də müxtəlif müəssisə, idarə və təşkilatlar tərəfindən göndərilmiş 4521 məktub araşdırılaraq cavablandırılıb.
Hesabat dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 6042 vətəndaş fərdi qaydada qəbul edilib.

Müvafiq araşdırmalar nəticəsində aşkar olunan hüquq pozuntularının aradan qaldırılması üçün qanunvericilik çərçivəsində tədbirlərin görülməsi təmin olunub.

Eyni zamanda, hüquq pozuntularına yol vermiş işəgötürənlərə əmək qanunvericiliyinin müvafiq məsələlərə dair tələbləri barədə məlumatlar verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin