Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 31-ci iclasında gündəlik neft hasilatının sentyabrda 100 min barrel artırılması ilə bağlı qərara Azərbaycan da öz dəstəyini ifadə edib.
Energetika Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Sentyabr ayı üzrə müəyyənləşdirilmiş kvotalara uyğun olaraq Azərbaycanda gündəlik xam neft hasilatının 718 min barrelə çatdırılması nəzərdə tutulur.
“OPEC plus” ölkələri nazirlərinin 32-ci iclasının 05 sentyabr tarixində keçirilməsi razılaşdırılıb.
Qeyd edək ki, bu dəfəki nazirlər iclası avqustun 1-dən etibarən vəzifəsinin icrasına başlayan OPEC-in yeni baş katibi küveytli Haysam Əl-Qaysın rəhbərliyi ilə keçirilmiş ilk iclasdır.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
18:02 / 03.08.2022
Azərbaycan “OPEC plus”un qərarını dəstəklədi
Hazırda oxunan: Azərbaycan “OPEC plus”un qərarını dəstəklədi
Hazırda oxunan: Azərbaycan “OPEC plus”un qərarını dəstəklədi
86820
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.