Qaradağ Günəş Elektrik Stansiyasının inşası ilə bağlı kredit sazişi imzalandı

Hazırda oxunan: Qaradağ Günəş Elektrik Stansiyasının inşası ilə bağlı kredit sazişi imzalandı

86645

Asiya İnkişaf Bankı (ADB) və “Masdar Azerbaijan Energy” MMC (MAE) arasında Azərbaycanın Ələt qəsəbəsi yaxınlığında yerləşən 230 meqavatlıq (MVt) günəş elektrik stansiyasının maliyyələşdirilməsi üçün 21,4 milyon ABŞ dolları məbləğində kreditin ayrılması ilə bağlı saziş imzalanıb.

Bizim.Media xəbər verir ki, bu barədə ADB məlumat yayıb.

Bu, beynəlxalq maliyyə institutları tərəfindən uzunmüddətli beynəlxalq maliyyələşdirməsi ilə Azərbaycan tarixində ilk əhəmiyyətli özəl sektorun bərpa olunan enerji investisiyasıdır.

Ötən ilin aprelində "Masdar" şirkəti Ələt qəsəbəsindən 9 kilometr şimal-qərbdə yerləşən "Qaradağ" layihəsinin işlənməsi ilə bağlı müqavilələr imzalayıb və elektrik stansiyasının 2023-cü ildə kommersiya fəaliyyətinə başlaması gözlənilir.

Layihə Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və Abu Dabi İnkişaf Fondu ilə birgə maliyyələşdirilir.

“Azərbaycanda bu günəş enerjisi layihəsinin inkişafı ölkənin yaşıl inkişaf səyahətində irəliyə doğru əsas addım olacaq”, - ADB-nin Özəl Sektor üzrə Əməliyyatlar Departamentinin Cənubi Asiya, Mərkəzi Asiya və Qərbi Asiya üçün İnfrastruktur Maliyyələşdirməsi Departamentinin direktoru Şantanu Çakraborti deyib.

“GES Azərbaycanda bərpa olunan enerji sektoruna əlavə özəl sektor investisiyalarını stimullaşdıracaq və hökumətin 2030-cu ilə qədər ümumi istehsalda bərpa olunan enerjinin payını 30 %-ə çatdırmaqla bağlı hədəfinə çatmasına kömək edəcək.
"Masdar" bu "yaşıl enerji" layihəsi vasitəsilə Azərbaycanın enerji sektorunun transformasiyasında aparıcı rol oynayıb. Biz ADB ə digər maliyyə institutlarına maliyyələşdirilmədə əsas rol oynadıqları üçün təşəkkür edirik”, - “Masdar”ın İnkişaf və İnvestisiya üzrə Qrup Rəhbəri Məryəm Rəşid Əl Mazrui bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin