Azərbaycan, Türkiyə və Özbəkistan bu sahədə razılığa gəldi

Hazırda oxunan: Azərbaycan, Türkiyə və Özbəkistan bu sahədə razılığa gəldi

86613

Azərbaycan, Türkiyə və Özbəkistan Bakı-Tbilisi-Axalkalaki-Qars dəmir yolunun (BTQ) bütün imkanlarından fəal istifadə etmək barədə razılıq əldə edib.

Bizim.Media xəbər verir ki, bunu Özbəkistan xarici işlər naziri vəzifəsini icra edən Vladimir Norov Daşkənddə Azərbaycan, Türkiyə və Özbəkistan xarici işlər, ticarət/iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşünün yekununda mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, hər üç ölkə iqtisadiyyat, ticarət, investisiya və nəqliyyat sahələrində əməkdaşlıq potensiallarının tam reallaşdırılması üçün birgə səylər göstərməyə hazırdır.

O qeyd edib ki, bu məqsədlə Bakı-Tbilisi-Axalkalaki-Qars dəmir yolunun, Türkiyə və Azərbaycanın beynəlxalq limanlarının, eləcə də Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin bütün imkanlarından fəal istifadə etmək planlaşdırılır.

"Tərəflər eyni zamanda Termez-Məzari-Şərif-Kabil- Peşəvər strateji dəmiryol xəttinin tikintisi ilə bağlı Özbəkistanın təşəbbüsünün vacibliyini vurğulayır və Özbəkistan-Qırğızıstan-Çin dəmir yolununu tikintisi layihəsinə dəstəyini bildirir", - V.Norov deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin