Dünyada yaranmış siyasi-iqtisadi vəziyyətlə bağlı olaraq ərzaq təhlükəsizliyi məsələsi bütün ölkələrdə öz aktuallığını daha da artırıb.
Azərbaycanda da bu il taxıl ehtiyatı məsələsi əsas gündəmdir. Hazırda isə ölkədə taxıl biçini başa çatmaq üzrədir.
Bəs görəsən, ölkəmizdə nə qədər taxıl ehtiyatını özümüz yarada bilmişik?
Bu sualla Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti rəhbəri Vüqar Hüseynova müraciət etdik. Hüseynov Bizim.Media-ya açıqlamasında bildirdi ki, bu məsələ tam olaraq nazirliyin səlahiyyəti çərçivəsində deyil:
“Bu barədə məlumatı əslində Dövlət Statistika Komitəsi verməlidir. Taxıl yığımı ölkəmizdə 95 faiz başa çatıb. Nə qədər ərzaq buğdası ehtiyatı olduğu barədə rəqəmləri də Statistika Komitəsi verməlidir. Kənd Təsərrüfatı Nazirliyi yığım prosesi 90 faizə qədər olana kimi mövcud vəziyyəti açıqlayır. Ondan o tərəfə olan rəqəmlər barədə isə Dövlət Statistika Komitəsi məlumatlandırmalıdır. Nazirlik yalnız məhsul istehsalı və subsidiyalaşma məsələlərilə məşğul olur. İdxal ixrac prosesi bizə aid məsələ deyil”.
Mövzu ilə bağlı Dövlət Statistika Komitəsilə əlaqə saxlasaq da, qarşı tərəfdən cavab ala bilmədik.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
15:30 / 30.07.2022
Azərbaycan bu il nə qədər taxıl ehtiyyatı yarada bilib?
Hazırda oxunan: Azərbaycan bu il nə qədər taxıl ehtiyyatı yarada bilib?
Hazırda oxunan: Azərbaycan bu il nə qədər taxıl ehtiyyatı yarada bilib?
86238
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.