Manatın dollara nəzərən məzənnəsində dəyişikliklər gözlənilmir - Mərkəzi Bank 

Hazırda oxunan: Manatın dollara nəzərən məzənnəsində dəyişikliklər gözlənilmir - Mərkəzi Bank 

86120

“İlin sonunadək manatın dollara nəzərən məzənnə siyasətində dəyişikliklər gözlənilmir”. 

Bizim.Media xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov mətbuat konfransında deyib. 

"Hazırda tədiyə balansının profisiti və valyuta hərraclarında tələbin kəskin azalması nəzərə alınaraq Mərkəzi Bank ilin sonunadək manatın məzənnəsində dəyişiklik gözləmir", - deyə o bildirib. 

Sədrin sözlərinə görə, hazırda bankların əhalidən nağd valyuta alış həcmləri satışı üstələyir: 

"Əhali almaqdan daha çox, valyutanı satır. Bu vəziyyətə əsasən, Azərbaycana pul köçürmələrinin artması da təsir göstərir". 
Bank rəhbəri bildirib ki, 2022-ci ilin iyununda banklar 109,8 milyon dollar məbləğində nağd valyuta alıb, bu isə son yeddi il ərzində ən yüksək göstəricidir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin