Rusiya Rəşt-Astara dəmir yolunun tikintisinə 1,5 milyard dollar ayıracaq

Hazırda oxunan: Rusiya Rəşt-Astara dəmir yolunun tikintisinə 1,5 milyard dollar ayıracaq

85572

Rusiya 2030-cu ilə qədər Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin (ITC) inkişafına 1,5 milyard dollar xərcləmək niyyətindədir.

Bizim.Media xəbər verir ki, bu barədə “Vedomosti” məlumat yayıb. İTC İran vasitəsilə Hindistanı Rusiya ilə birləşdirir.

Onun yaradılması haqqında müqavilə 2000-ci ildə imzalanıb.

“Rusiya Dəmir Yolları” QSC-nin İTC-nin inkişafı layihəsində iştirakı planlaşdırılır. Şirkət xüsusilə Azərbaycanın Astara şəhərindən İranın Rəşt şəhərinə xəttin çəkilişində, eləcə də İranda Gərmsar-İnçə-Burun xəttinin elektrikləşdirilməsində iştirak edəcək. Təqdimatda bildirilir ki, Rəştdən Astaraya dəmir yolunun tikintisi dəhlizlə yükdaşımaların ildə 3-10 milyon ton artmasına kömək edəcək.

Avrasiya İnkişaf Bankı 2030-cu ilə qədər Şimal-Cənub İTC-nin potensialını indiki 4-6 milyon tonla müqayisədə 15-25 milyon ton yük səviyyəsində qiymətləndirib.

Mütəxəssislər qeyd ediblər ki, dəhlizlə nəqliyyat yenə də baha olacaq. Prezident Vladimir Putin Peterburq Beynəlxalq İqtisadi Forumu- 2022-də nəqliyyat dəhlizi boyunca yük daşımalarının tezliklə artmağa başlayacağını söyləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin