Əməkhaqqı fondunda daha 15 faiz ARTIM

Hazırda oxunan: Əməkhaqqı fondunda daha 15 faiz ARTIM

85535

2022-ci ilin yanvar-iyun aylarında Azərbaycanda əməkhaqqı fondu daha 15 faiz artıb. 

Bu barədə Bizim.Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, bu artımı qeyri-leqal məşğulluğun qarşısının alınması üçün görülən kompleks sosial-iqtisadi tədbirlərin müsbət nəticələri, ardıcıl əməkhaqqı islahatları, əmək müqavilələrinin sayının daimi artması şərtləndirib. 
Qeyd olunan pozitiv proseslər ümumilikdə son 4 ildə illik əməkhaqqı fondunun 2,2 dəfə və ya 8 milyard manat artması ilə nəticələnib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin