Muxtar respublikada çoxşaxəli iqtisadiyyatın formalaşdırılması və sosial sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər “Sənaye ili” elan edilmiş 2022-ci ilin ilk yarımilində də davam etdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi yayıb.
Mənbə qeyd edir ki, bu ilin yanvar-iyun aylarında inkişafı xarakterizə edən əsas göstərici kimi, ümumi daxili məhsul istehsalı 1 milyard 363 milyon manatdan artıq olub. Bu da bir il öncəki göstəricidən 2,2 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,3 faiz artaraq 2942,8 manat olub. Ümumi daxili məhsulun tərkibində ilk yeri 30,2 faizlik payla sənaye sahəsi tutub və maddi istehsalın payı 57,9 faiz təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2022-ci ilin ilk yarımilində sənaye məhsulu 2,1 faiz, əsas kapitala yönəldilən vəsaitlər 1,4 faiz, kənd təsərrüfatı məhsulu 3,7 faiz, nəqliyyat sektorunda yük daşınması 1,7 faiz, informasiya və rabitə xidmətləri 2,6 faiz, pərakəndə əmtəə dövriyyəsi 1,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 1,5 faiz artıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
08:40 / 26.07.2022
Naxçıvanda ümumi daxili məhsulun istehsalının həcmi açıqlandı - SON 6 AYDA
Hazırda oxunan: Naxçıvanda ümumi daxili məhsulun istehsalının həcmi açıqlandı - SON 6 AYDA
Hazırda oxunan: Naxçıvanda ümumi daxili məhsulun istehsalının həcmi açıqlandı - SON 6 AYDA
85433
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.