Azərbaycan iqtisadiyyatının ilk 6 ayda nümyiş etdirdiyi artım templəri ürək açandır.
Bizim.Media xəbər verir ki, bunu iqtisasiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, bu ilin I yarısında Azərbaycan iqtisadiyyatının 6,2 %, qeyri-neft sektorunun isə 9,6 % artması həqiqətən sağlam iqtisadi artımdır:
"Çünki il ərzində müxtəlif iqtisadiyyatların artım templəri ilə bağlı proqnozların azaldılmasının şahidiyik. Ancaq Azərbaycanın timsalında bu proses əksinə baş verir və bütün aparıcı reytinq agentlikləri, dünya təşkilatları Azərbaycan iqtisadiyyatının ilk 6 ayda nümayiş etdirdiyi templərə əsaslanaraq bu proqnozları artırır".
Nazir qeyd edib ki, hazırda dünya iqtisadiyyatında bir mənalı proseslər baş vermir: "Ümumilikdə fraqmentasiya prosesini izləyirik. Bir sözlə vahid, son illərdə oturuşmuş sistemin müxtəlif regionlar əsaslı, müxtəlif ölkələrin, iqtisadiyyatların arasının açılmasını izləyirik.
Bu həm qida məhsullarının, həm də enerji daşıyıcılarının qiymətinin artması fonunda baş verir. Bu 2 amil bütün dünyada istehlakçılar, vətəndaşlar tərəfindən hiss edilən prosesdir".
O vurğulayıb ki, bütün bunlara pandemiya dövründə cənab Prezidentin nəzarəti ilə hökumətin atdığı addımların bütövlüyü və ardıcıllığı, ikinci isə iqtisadi və struktur islahatlarının nəticələri, üçüncüsü böyük blok kimi dövlət müəssisələrinin idarə edilməsi və daimi yaxşılaşan biznes mühiti kimi faktorlar səbəb olub.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
22:14 / 25.07.2022
Mikayıl Cabbarov Azərbaycan iqtisadiyyatının SON GÖSTƏRİCİLƏRİNİ AÇIQLADI
Hazırda oxunan: Mikayıl Cabbarov Azərbaycan iqtisadiyyatının SON GÖSTƏRİCİLƏRİNİ AÇIQLADI
Hazırda oxunan: Mikayıl Cabbarov Azərbaycan iqtisadiyyatının SON GÖSTƏRİCİLƏRİNİ AÇIQLADI
85412
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.