Nazir: "Bu fermerlərə əlavə pul veriləcək"

Hazırda oxunan: Nazir: "Bu fermerlərə əlavə pul veriləcək"

85095

"Bu ildən taxıl istehsal edən fermerlərə məhsul subsidiyası veriləcək".

Bizim.Media xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov bildirib.

Onun sözlərinə görə, kənd təsərrüfatı sahəsində taxılçılığın inkişafı üçün verilən subsidiyalardan fərqli olaraq bu dəfə fermerlərə əlavə 1 ton məhsul üçün əlavə 100 manat subsidiya veriləcək.

"Belə ki, əgər indiyə qədər verilən subsidiyalar əkin sahələrinin becərilməsi üçün nəzərdə tutulmuşdursa, ikinci subsidiya ərzaqlıq buğda istehsalından əldə edilən məhsula görə veriləcək. Həmin subsidiya 1 ton üçün 100 manat məbləğində hesablanacaq", - nazir bildirib.

Xatırladaq ki, iyulun 19-da Prezident İlham Əliyev "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" fərman imzalayıb.

Sənədə əsasən, ilkin mərhələdə pilot layihə olaraq, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya 2023-cü ildən başlayaraq 5 il müddətində məhsul subsidiyası tətbiq edilsin.

Aqrar Subsidiya Şurasının qərarına görə, 2022-ci ildə arpa və buğda sahəsinin hər hektarına görə 210 manat əkin subsidiyası verilir.

Qeyd edək ki, 2021-ci il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərara əsasən subsidiyanın baza məbləği 200 manat təşkil edir. (report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin